• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ atının izi ilə yeni bir sənədli səyahət

Qarabağ atının izi ilə yeni bir sənədli səyahət
12.04.2016 12:00
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan, Azərbaycanfilm və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyası ilə birlikdə böyük məmnuniyyətlə "Sarılar - Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatını elan edir. 

Beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film dünyada az sayda qalmış nadir cins atlardan olan Garabağ atlarının daha geniş tanınması məqsədini daşıyır. Filmin əsas xəttini 1956-cı ildə Kraliça II Yelizavetaya hədiyyə edilmiş Garabağ atının - "Qızılı Oğlan”ın - qohumlarının axtarışı təşkil edir. 

Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Garabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən "II Qızılı Oğlan”ı öz vətəni Azərbaycanda sağ-salamat və məğrur tapmaqla nəticələnir.  Film insanların və onların dostu olan heyvanların bir-birinə, həm də öz torpaqlarına sıx bağlılığı mövzusunu bir daha gündəmə gətirir.  

Filmin rəsmi təqdimat mərasimi 15 aprel tarixində Nizami Kino Mərkəzində keçiriləcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell demişdir: "Bu film insanların heyvanları öz həyatlarının, ən başlıcası isə, öz mədəniyyətlərinin  bir parçası kimi   qəbul etmələri haqqında təsirli bir hekayədir. Biz BP şirkəti olaraq mədəni irsə dəstək verməyi sosial fəaliyyətimizin əsas sahələrindən biri kimi seçmişik.
Azərbaycanda olduğumuz 20 ildən artıq bir müddət ərzində iri neft və qaz yataqlarının istismarı ilə yanaşı biz həm də çoxsaylı uğurlu sosial və mədəni irslə bağlı layihələr hazırlamış və həyata keçirmişik. Bu layihələr əsasən təhsil, təlim və ixtisas artımı yolu ilə yerli icmaların inkişafına dəstək, yerli müəssisələrə iqtisadi imkanlar yaratmaq, idman və mədəni irsin inkişafına dəstək, ətraf mühitin qorunması və sair sahələri əhatə edir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik.”  

Əlavə məlumat üçün:
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Türkan Rüstəmovaya, tel.: (+994 12) 498-20-62, və BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya, tel.: (+994 12)599 47 75,müraciət edə bilərsiniz


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol