Dünya şöhrətli ulduzlar Bakıya gəlir

Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran Prisinin konsert proqramında iştirak edəcək dünya ulduzlarının adları açıqlanıb.
Konsert proqramında Kris Braun, Enrike İqlesias və Farrell Uilyams iştirak edəcək.
Onlar Formula-1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcəklər.
İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias, iyunun 19-da isə Farrell Uilyamsın çıxışı olacaq.
Konsertə giriş ödənişsizdir. Proqramda yalnız Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər.
Anlaşmaya əsasən təşkilatçılığın maddi tərəfləri ictimaiyyətə açıqlanmır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında Formula 1 şəhərciyində bir neçə səhnənin qurulacağını bildirib: "Bilet alanlar yarışı izləmək, müğənnilərin konsertində iştirak etmək və məşhurlarla avtoqraf sessiyasına qatılmaq şansı əldə edəcəklər. Üstəlik, həmin biletlərin sahibləri GP 2 yarışlarına da tamaşa edəcəklər. Biz özümüz üçün Sinqapur proqramını seçmişik. Məqsədimiz Avropa Qran Prisi zamanı tam əyləncə proqramı tətbiq etməkdir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















