Çingiz Aytmatovun “Üz-üzə” povesti Azərbaycan dilində

Dünyaca ünlü qırğız yazıçısı Çingiz Aytmatovun daha bir əsəri Azərbaycanda işıq üzü görüb. Yazıçının Moskvada oxuduğu illərdə qələmə aldığı və İkinci Dünya müharibəsi zamanı arxa cəbhənin reallıqlarını əks etdirən "Üz-üzə” povestini Nizami adına Ədəbiyyat İnstitutu tərcümə və nəşr edib. Bu barədə institutdan AZƏRTAC-a məlumat verilib
Yazıçı "Üz-üzə” povestinə görə senzuranın təzyiqlərinə məruz qalıb. Ç.Aytmatov əsərdə, müharibə və qələbə ilə bağlı imperiya təbliğatından fərqli olaraq, fərarilik edən insanın obrazını ədəbiyyata gətirib. Arxa cəbhədə aclıq, yoxsulluq və ən əsası vicdanı ilə sınağa çəkilən kəndin gerçəkliyindən yazıb. İlkin nəşri zamanı əsərin tam variantda çapına imkan verilməyib, 1990-cı ildə yazıçı yenidən əsərə qayıdaraq yarımçıq qalan hissələri tamamlayıb.
Kitabda yazıçının "Ön söz”ü ilə birlikdə "Üz-üzə” povestinin təkmil variantı oxuculara təqdim olunub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















