Gənc Tamaşaçılar Teatrından daha bir Beynəlxalq layihə

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yaxın günlərdə daha bir Beynəlxalq layihə reallaşacaq.
Bir neçə gündən sonra RF-in Əməkdar İncəsənət Xadimi, Kalmık Milli Dram Teatrının bədii rəhbəri Bakıya səfər edərək DGTT-da B.Basanqovun "Qohumlar” əsəri əsasında – V.Şuqrayeva və Ə.Əmirlinin səhnə üçün işlədiyi eyniadlı tamaşaya quruluş verəcək. Müzikl janrında hazırlanacaq tamaşanın bəstəkarı RF-in Əməkdar İncəsənət Xadimi, Kalmık Dövlət Filarmoniyasının baş direktoru Arkadi Manjiyev, rəssamı Elşən Sərxanoğludur.
Əsas rollarda Gənc Tamaşaçılar Teatrının aparıcı aktyorları və Kalmık Milli Dram Teatrının aktyorları çıxış edəcəklər. Tamaşa cari ilin noyabr ayında Kalmık Milli Dram Teatrının 80 illik yubileyi çərçivəsində Azərbaycan və Kalmık teatrları aktyorlarının birgə iştirakı ilə Elista şəhərinin bir neçə rayonlarında nümayiş olunacaq. Zəngin musiqi nömrələri, maraqlı rəqs elementləri ilə müşaiyət olunacaq tamaşanın Bakı premyerası bu il iyun ayının 1-ci on günlüyündə nəzərdə tutulub
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















