Adel Böyük Britaniyanın ən zəngin müğənnisidir

Son bir il ərzində onun var-dövləti 35 milyon funt sterlinq artıb
Böyük Britaniyalı müğənni Adelin var-dövləti 85 milyon funt sterlinq məbləğində dəyərləndirilir. "Report" BBC-yə istinadən xəbər verir ki, "Sunday Times"ın tərtib etdiyi ölkənin ən zəngin insanlarının reytinqinə görə, o, Britaniyada ən varlı qadın musiqiçi adına sahib çıxıb.
Milyonçu-müğənnilərin siyahısında Adel 50 nəfər arasında 30-cu sırada qərarlaşıb. Son bir il ərzində onun var-dövləti 35 milyon funt sterlinq artıb.
Adel həm də ən zəngin gənc musiqiçilərin (30 yaşa qədər) siyahısına başçılıq edir.
Müğənninin hazırda 27 yaşı var. O, artıq yüzdən çox müxtəlif mükafatlar qazanıb, o cümlədən Britaniya imperiyasının ordeni ilə təltif edilib. Eyni zamanda xanım müğənni adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















