A.Sokurov: "Kinonun gələcəyi yazıçıların əlindədir"

Rejissor Alexander Sokurov 34-cü Beynəlxalq Fəcr Festivalı münasibətilə İrandadır. O, dünən İran Milli Muzeyində öz şərəfinə keçirilən "Sokurov gecəsi"ndə maraqlı bir çıxış edərək deyib ki, kinonun gələcəyi yazıçıların əlindədir.
"Kino bütün vacib mövzular haqda danışıb, indi yalnız həmin, eyni-eyni mövzulara müxtəlif bucaqlardan baxmaqdadır. Yeganə ümidimiz yeni istedadlı yazıçının ortalığa çıxmasınadır."
O, kinonu "etibarsız dost" adlandıraraq deyib ki, beş il bundan əvvəl çəkdiyi film artıq çox köhnə sayılır.
"Filmlər gəldi-gedərdir. Zaman ötdükcə parlaqlığını saxlayan film adı çəkmək çətindir. Keçmişdəki çoxsyalı filmlərin yalnız beş faizi bugünə qalıb. Bugündən gələcəyə hansı filmin qalacağını demək olmur."
Sokurov öz "Faust” filmini yazıçılar Goethe və Thomas Mann-ın əsərləri əsasında çəkib. /Azadliq.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















