Dolma üçün UNESCO-ya müraciət ediləcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bütün türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlayır.
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Kulinariya Mərkəzinin yaranmasının 25 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan mədəniyyətinin daşıyıcıları bədnam qonşularımız tərəfindən təzyiqlərə məruz qalması heç kimə sirr deyil: "Bədnam qonşularımız nəinki torpaqlarımıza, hətta mədəniyyətimizə də təcavüz edirlər. Azərbaycan mətbəxi də bu proseslərdən kənarda qalmayıb. Keçən il Ermənistan bütün Şərqdə isifadə olunan lavaşı mənimsəmək istədi. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etmişdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar göstərdilər".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















