Bu gün “Eurovision-2016” mahnı müsabiqəsi həftəsi başlayır

Bu gün Stokholmda "Eurovision-2016” mahnı müsabiqəsi həftəsi başlayır.
APA-nın "RİA Novosti "agentliyinə istinadən verdiyi məlumata görə, Stokholm meri Karin Vannqord bildirib ki, 8-14 may tarixlərində keçiriləcək "Eurovision-2016” mahnı müsabiqəsi həftəsi İsveç paytaxtının bir çox yerlərində keçiriləcək.
Həftə ərzində planlaşdırılan bütün görüşlər, musiqi tədbirləri, təntənəli və idman tədbirləri "Birlikdə pyalaşaq!” şüarı altında keçiriləcək. "Eurovision-2016” mahnı müsabiqəsi həftəsi bu gün səhər İsveç Kral sarayının qarşısında "Eurovision-2016” mahnı müsabiqəsində iştirak edən ölkələrin bayraqlarının qaldırılması ilə başlayacaq. Bayraqlar əlifba sırası ilə qaldırılacaq. Bu mərasimə iştirakçı ölkələrin səfirləri, müğənnilər, ölkələrin nümayəndə heyətləri, müsabiqənin təşkilatçıları dəvət ediliblər.
Bu il də müsabiqə iki yarımfinal və final mərhələlərindən ibarət olacaq. Müsabiqənin birinci yarımfinalı mayın 10-da, ikinci yarımfinalı mayın 12-də, finalı isə mayın 14-də keçiriləcək. Müsabiqə Stokholmda "Globen Arena”da keçiriləcək. Bu il müsabiqədə 42 ölkənin nümayəndələri iştirak edəcək. Bolqarıstan, Bosniya və Herseqovina, Ukrayna və Xorvatiya yenidən müsabiqəyə qatılıblar. Ötən ilin debütant ölkəsi - Avstraliya iştirakını davam etdirir, Portuqaliya isə iştirakçısını göndərməkdən imtina edib.
Xatırladaq ki, 2015-ci ildə Vyanada keçirilən müsabiqədə İsveç təmsilçisi Mons Zelmerlev qalib gəlib. Beləliklə, "Eurovision” müsabiqəsini keçirmək hüququnu İsveç qazanıb.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 