• $
  • €
  • ₽
  • ₺
  • £

Kann Film Festivalında Azərbaycan kinosu pavilyonu təşkil olunub

Kann Film Festivalında Azərbaycan kinosu pavilyonu təşkil olunub
12.05.2016 13:29
69-cu Kann Beynəlxalq Film Festivalında Azərbaycan kinosu pavilyonu təşkil olunub.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2011-ci ildən başlayaraq altıncı ildir ki, festivalda nazirliyin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunur. 
 
Bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu "Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər. "Azərbaycanfilm” kinostudiyası Kann kino bazarına "Qırmızı bağ”, "İçərişəhər”, "Yarımçıq xatirələr”, "4.1 Şəhər motivləri”, "Keçmişdən məktublar”, "Həddən artıq uyğunluq” və "Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim edib, filmlər dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çatdırılıb. Eyni zamanda, istehsalın müxtəlif mərhələlərində olan "Üç gün və bir ömür”, "Nar bağı”, "Köşk” bədii filmləri kino bazarın xüsusi bölməsinin iştirakçılarıdır. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol