Azərbaycan kitabları ilk dəfə Ərzurum Kitab Sərgisində

"Araz” Yayım Evi Ərzurum Kitab Sərgisində Azərbaycan ədəbiyyatlarını nümayiş etdirib.
ANN.Az-ın məlumatına görə, Könül Ordubadinin "Unudulmayan Xocalım”, Sona Vəliyevanın "Arazbarı” və "Türkün Gəlişi”, Rüstəm Behrudinin "Salam Darağacı”, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının "Böyük Ermənistan xülyası: faktlar və sübutlar”, Esmira Fuad Şükürovanın "Məhəmməd Hüseyin Şəhriyar” kitabları türk oxucularına təqdim olunub. Azərbaycanlı müəlliflərin kitablarının sərgidə nümayişini "Araz” Yayım Evi təşkil edib.
Qeyd edək ki, bu kitab sərgisi hər il keçirilir və Ərzurum Mərkəzi Meydanında qurulan kitab sərgisi bütün Türkiyədə böyük maraqla qarşılanır. Sərginin təşkilatçısı olan Ərzurum Şəhər Bələdiyyəsi bu sərgiyə bir milyon kitabsevərin qatılmasını hədəfə alıb və Azərbaycan təmsilçilərinin də orada olmasını təşkil edib.
"Araz” Yayım Evinin rəhbəri Kəbutər Haqverdi əslində belə bir sərgidə iştirak etməyi risk adlandırıb: "Çünki hələ yayım evimizin 1 yaşı yenicə qeyd olunub. Amma Ərzurum Kitab Fuarı həyatımızda çox önəmli rol oynayan bir qatılım oldu. Rəsmi qurumlar və sərgiyə gələnlər tərəfindən gördüyümüz diqqət bizi sadəcə ruhlandırdı. Türkiyədə yazarlarımızın kitablarını adları ilə soruşmaları, eləcə də türk oxucusunun "Anarın, Elçinin əsərlərini nədən osmanlı türkcəsinə çevirmirsiniz” sualları bizi qürurlandırdı”.
Qeyd edək ki, hər il keçirilən Ərzurum Kitab Sərgisində Azərbaycan ilk dəfə təmsil olunurdu.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















