Bu reklam Azərbaycanı dünyaya tanıdacaq - VİDEO

Açılış Mərasiminə üç həftə qaldığı bir zamanda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) Oyunları tanıtdırıcı qısametrajlı reklam filmi hazırlayıb. İstiPress-in məlumatına görə, 12-22 may tarixlərində Azərbaycanın Bakı şəhərində keçiriləcək oyunlardan öncə həmin film dörd qitəni əhatə edən 50-dən çox ölkədə yayımlanacaq.
Milyonlarla televiziya tamaşaçısının seyr edə biləcəyi bu qısametrajlı reklam filmi ruhla bədənin vəhdətində mükəmməlliyin ehtiramla bayram edilməsi, İslamda birlik, Azərbaycanın ölkə və xalq kimi mədəniyyəti və irsinin beynəlxalq səviyyəli çoxnövlü idman tədbiri ilə tərənnümü üzərində qurulub.
Film paytaxtın ən tanınmış yeni və müasir mematlıq nümunələri ətrafında çəkilib: Heydər Əliyev Mədəniyyət Mərkəzi, Alov Qüllələri və füsunkar Heydər Məscidi. Film həmçinin, ilham mənbəyini Azərbaycanın mədəni irsi olan, YUNESKO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil edlimiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun bizim eradan əvvəlki dövrlərə məxsus qayaüstü rəsmlərindən götürüb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Son xəbərlər 
Daha çox 



















