Musiqili Teatrda "Əliqulu evlənir" tamaşası səhnəyə qoyulacaq

Azərbaycanın görkəmli dramaturqu Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası Musiqili Teatrda tamaşaya qoyulacaq. Bu barədə "Report"a xalq artisti İlham Namiq Kamal məlumat verib. Xalq artistinin sözlərinə görə, əsərin musiqisi artıq yazılıb: "Bəstəkar Oqtay Rəcəbov musiqini yazıb, başa çatdırıb. Librettonun müəllifi özüməm, şeirləri isə şair Baba Vəziroğlu yazıb. Bu günlərdə bütün işlər başa çatacaq". Qeyd edək ki, xalq artisti əsərin libretto müəllifi olmaqla yanaşı, "Əliqulu evlənir" komediyasının quruluşçu rejissorudur və baş rol olan Əliqulunu da o, özü ifa edəcək. Tamaşanın 2015-ci ildə nümayiş etdirilməsi nəzərdə tutulub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















