• $
  • €
  • ₽
  • ₺
  • £

Leonardo Di Kaprio: Sənədli filmlərin rejissoru Allahdır

Leonardo Di Kaprio: Sənədli filmlərin rejissoru Allahdır
11.11.2014 11:55
Noyabrın 11-də məşhur Hollivud aktyoru Leonardo Di Kaprionun 40 yaşı tamam olur. Hollivudun ən yaraşıqlı, istedadlı və uğurlu simalarından olmasına, 5 dəfə Oskara namizəd göstərilməsinə baxmayaraq hələ də Oskar almayıb.Aktyorların çoxundan fərqli olaraq mənim taleyim uşaqlıqdan müəyyən edilməmişdi. Mən Hollivudun xarabalıqlarında böyümüşdüm. Elə bilirdim böyüyəndə dəli olacam.Baxmayaraq ki, mən Hollivudda doğulmuşdum, 13 yaşıma kimi mənə elə gəlirdi ki, aktyor olmaq genlərə, qana, masonluq kimi qohumluq əlaqələrinə bağlıdır. Nədənsə mənim ağlıma gəlmirdi ki, özünə bir agent tutmaq və sınaq çəkilişlərinə yollanmaq lazımdır. Məktəbi sevmirəm. Orda səni öyrənmək istəmədiyin şeylərə diqqət ayırmağa məcbur edirlər. İlk öpüş mənim həyatımda ən iyrənc xatirələrdən biridir. O qız ağzından mənə o qədər tüpürcək ötürdü ki, düz iki rüb tüpürə-tüpürə gəzdim. Mən gey deyiləm. Məni inadkar adam adlandırmaq olmaz, amma faktlar əksini deyir. 15 yaşım olanda mən bəlkə də 160-dan çox sınaq çəkilişinə getmişdim və heç bir rol almamışdım.Şöhrətin gətirdiyi sevinc hissi tez keçib gedir. Sən başa düşürsən ki, mükafat küçədə insanların səni tanımağı deyil, mükafat çəkildiyin filmlərin səndən sonra da yaşamağıdır. Yəqin ki, tənha olmaq çox çətindir. Ən adi qızlar mənim xoşuma gəlir. Onları biz hər gün küçədə görürük: tələbələr, ofisiantlar və s. Mən çox nadir hallarda tədbirlərdə dostluqdan başqa heç bir bağlantımız olmayan qızlarla görünürəm. Məsələ çox sadədir. Hansısa qızla kinoya gedirsənsə, bu o demək deyil ki, onunla mütləq yatmaq istəyirsən.Arada kişi dostlarımla görünürəmsə, bu o demək deyil ki, mən geyəm, yaxud gey olmaq istəyirəm. Mənim son istəyim – pula görə piylənmiş hollivud əclafına çevrilməkdir. Amma mən yoxsul böyümüşəm, əsl xoşbəxtliyi onda görmüşəm. Heç vaxt heç kimi narkotiklərdən yayındırmaq fikrində olmamışam. Bir adama nə qədər məsləhət verirsənsə, “olmaz” deyirsənsə, onu həmin şeyə daha çox itələyirsən.Əgər məndən soruşsaydılar ki, ölüb getmiş adamlardan kiminlə danışmaq istəyirsən, cavab verərdim ki, Orson Uellslə “Vətəndaş Keyn” filmini çəkdiyi yerdə söhbət etmək istərdim. Amma jurnalistlər heç vaxt bu cür suallar vermirlər. Mənə elə gəlir ki, Amerikanın əsas problemi ondadır ki, o öz qaydalarını tətbiq etmək istədiyi ölkələr haqda heç nə bilmir. Sənədli filmlərin rejissoru Allahdır. Afrikada dünyada yeganə yerdir ki, mən orda anonimliyimi saxlaya bilirəm. Afrikada olanda insanların nə cür problemlərlə üzləşdiyinin şahidi oldum. Qayıtdıqdan sonra öz çevrəmin problemlərini eşitmək istəmirdim.ŞÖHRƏT — bu universal buraxılış vərəqəsi kimi şeydir: hara istəyirsən, ora da gedirsən. Uşaq vaxtı deyəsən bioloq olmaq istəyirdim, baxmayaraq ki, qəzetlər onlar haqda heç nə yazmır. 30 yaşım olanda mən bir şeyi başa düşdüm: müasir dünyada bu elə bir yaşdır ki, sən bir tərəfdən böyüdüyünü anlayırsan, bir tərəfdən də uşaq kimi özünü gicliyə qoymaq istəyirsən. //kulis.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol