Kukla teatrı balacaları sevindirəcək

Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Dövlət Bayrağı Günü münasibətilə “Ucalsın bayrağımız” adlı xeyriyyə tədbiri keçiriləcək.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın Təhsil Nazirliyi ilə birgə reallaşdıracağı aksiyada Bakıda fəaliyyət göstərən valideyn himayəsindən məhrum olmuş internat məktəbləri, uşaq evləri və sağlamlığı məhdud uşaqlar üçün xüsusi tipli internat məktəblərindən 130-dan artıq uşaq iştirak edəcək.Teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadlarının ifasında azyaşlı tamaşaçılar əvvəlcə “Şahın xudpəsənd oğlu” tamaşasına, ardınca isə “Ucalsın bayrağımız” adlı konsertə tamaşa etməklə həm əylənəcək, həm də bu günlə bağlı məlumat alacaqlar.//AzərTAc
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















