Bakıda məşhur rəssamın yubiley sərgisi keçirildi - FOTOLAR

“Qalereya 1969” sərgi salonunda Azərbaycanın məşhur rəssam-rejissoru Nazim Məmmədovun anadan olmasının 80 illik yubileyinə həsr edilən “Mənim yolum” adlı xatirə sərgisi açılıb. Sərgi “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirib. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasinda "Animator", 1970-ci ildən isə rejissor işləyib. O, ilk dəfə 1988-ci ildə beş hissəli "Göyçək Fatma" cizgi film-operasını yaradıb. Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.Rüstəm QasımovANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















