• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə uğur qazanan azərbaycanlı gözəl aktrisa - FOTOLAR

Türkiyədə uğur qazanan azərbaycanlı gözəl aktrisa - FOTOLAR
04.11.2014 11:12
Bir müddət öncə Antalya film festivalında növbəti mükafatını qazanan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin fotolarını və onun həyatından maraqlı faktları təqdim edirik.
Nəsrin Cavadzadə Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.
Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda anadan olub. Atası ilə anası boşandıqdan və Sovet hökuməti dağıldıqdan sonra anası ilə birlikdə İstanbula köçüb. Bakıda orta məktəbi rusca oxuduğundan Türkiyədə ilk illərdə dillə bağlı çətinliklər çəkib.
Orta məktəbdəykən teatr kursuna yazılan Nəsrinin ilk rolu “Türkmən toyu” adlı tamaşada olub.
Məktəbi bitirdikdən sonra Mərmərə Universitetinin “Teatr və kino” fakültəsinin  rejissorluq ixtisasına daxil olub.
Məzun olduqdan sonra çəkildiyi “Yersiz yurdsuz” serialı ilə Türkiyədə məşhurluq qazanıb. Amma serialın özü uğursuz olduğuna görə ekranlardan vaxtından əvvəl yığışdırılıb.
Rejissor kimi bir neçə qısametrajlı filmin və bir sənədli filmin müəllifidir.
Serialın rejissoru Camal Şan onu “Dilbərin səkkiz günü” filmində çəkib. Bu film azərbaycanlı aktrisaya uğur gətirib. Filmdəki performansına görə üç yerli film festivalında “ən yaxşı aktrisa” mükafatı qazanıb.
Yenə sözügedən rejissorun “Əzab” filmində çəkilib və mükafat qazanıb.
2011-ci ildə Türkiyənin ATV kanalında Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” əsəri əsasında çəkilmiş “Al yazmalım” serialında oynayıb.
2011-ci ildə  “Gözəl günlər görəcəyik” filmi ilə Antalya film festivalında ən yaxşı ikinci dərəcəli qadın roluna, Ankara festivalında isə ən yaxşı qadın roluna görə mükafat qazanıb.
“Recep İvedik” kimi filmlərdə oynamaq təkliflərinə müsbət yanaşacağını deyib.
Sonuncu aldığı mükafat Antalya festivalında  Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə olub. Yenə “ən yaxşı aktrisa” mükafatına layiq görülən Cavadzadə səhnədə göz yaşlarını saxlaya bilməyib.
Səyahəti, pişik saxlamağı, idman etməyi, baletlə məşğul olmağı sevir. Rəsmən evli olmasa da, vətəndaş nikahında yaşayır.
Rus, ingilis və fransız dillərini bilir.
Kulis.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol