• $
  • €
  • ₽
  • ₺
  • £

Muğamlarımız Avropada

Muğamlarımız Avropada
31.10.2014 19:07
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycanın Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımova Avstriyada qastrol səfərindədirlər.Alim və Fərqanə Qasımovlar ötən gün Azərbaycan Mədəniyyət Mərkəzində birgə konsert proqramı ilə çıxış ediblər.Konsertdən öncə mərkəzin direktoru Leyla Qasımova çıxış edərək, hər iki muğam ifaçısının yaradıcılığı haqqında məlumat verib, onların nəinki Azərbaycan, eləcə də ölkə hüdudlarından kənarda geniş tanındıqlarını qeyd edib. Bildirilib ki, Alim və Fərqanə Qasımovlar ecazkar səsləri və ifa tərzi ilə Azərbaycan muğam sənətini bütün dünyada ən peşəkar səviyyədə təmsil edirlər.Sonra Alim Qasımov və Fərqanə Qasımova Azərbaycan muğamları, xalq və bəstəkar mahnılarından ibarət rəngarəng konsert proqramı ilə çıxış ediblər. Konsertdə “Dilkeş” və “Rast” təsnifləri, “Çahargah” muğamı və digər musiqi kompozisiyaları musiqisevərlərin ruhunu oxşayıb. Xanəndələrin ifası sürəkli alqışlarla müşayiət olunub.Konsertdən sonra tədbir iştirakçılarına ziyafət verilib.//AzərTAc
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol