Bakıda Film Festivalının açılışı oldu

Bakıda oktyabrın 30-da 5-ci Avropa Film Festivalının açılış mərasimi olub. APA-nın məlumatına görə, Avropa İttifaqı Nümayəndəliyi, Aİ-yə üzv ölkələrin Azərbaycandakı diplomatik nümayəndəlikləri və “Park Cinema”-nın dəstəyi ilə təşkil olunan festival mədəni əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi məqsədini daşıyır. "Avropanın müxtəlifliyinə və onun zəngin mədəniyyətinə əsaslanmaq baxımından Avropa Film Festivalı təkrarolunmazdır", deyə festival ərəfəsində Aİ səfiri Malena Mard deyib. Avropa Film Festivalı proqramına 16 ölkədən (Avstriya, Belçika, Bolqarıstan Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Rumıniya, İspaniya, İsveç və Birləşmiş Krallıq) və Azərbaycandan 16 filmin nümayişi daxildir. Hər film həftə içi iki növbəli (16:00 və 18:00), həftə sonunda isə bir növbəli nümayiş olunacaq. Bütün filmlərə giriş sərbəstdir və bilet tələb olunmur. Festival noyabrın 9-dək davam edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















