• $
  • €
  • ₽
  • ₺
  • £

Rza Diqqəti: “İran hökuməti azərbaycanlıların inkişafına imkan vermək istəmir”

Rza Diqqəti: “İran hökuməti azərbaycanlıların inkişafına imkan vermək istəmir”
30.10.2014 15:27
Tanınmış foto-jurnalist Amerikanın Səsinə müsahibədə İran azərbaycanlılarının milli-mədəni haqları uğrunda mübarizəsi, Urmiya gölündə ekoloji vəziyyət, münaqişələr və yoxsulluq kimi problemlərdən danışıb. AzadlıqRadiosu həmin müsahibəni təqdim edir.
“National Geografic” jurnalının tanınmış foto-jurnalisti Rza Diqqəti (Reza Deghati) bu yaxınlarda Vaşinqtonda Dünya Bankının qərargahında TEDx söhbətində yoxsulluğun aradan qaldırılması mövzusunda məruzə edib. 
Rza Diqqətinin çəkdiyi foto-şəkillər dünyanin ən mötəbər jurnalları və dərgilərinin səhifələri və cildini  bəzəyib.  30 ildən artıq fəaliyyəti zamanı o, fotolar vasitəsilə müharibə və yoxsulluğun dəhşətləri və gətirdiyi bəlaları göstərməyə çalışıb. 
Yoxsulluq və bunun insanların həyatına qoyduğu izlər foto-jurnalist kimi Rza Diqqəti İranda fəaliyyətə başladığı ilk illərdən onu cəlb edən mövzulardan biri olub. İranda yoxsul insanları fotolar vasitəsilə təsvir etdiyinə görə Rza Diqqəti şah rejimi tərəfindən təqiblərə məruz qalıb və həbsə salınıb. Amerikanın Səsinə müsahibə Rza Diqqəti müharibə, yoxsulluq və İran rejimi haqda fikirlərini bölüşüb. 
 
“İranın hər iki hökuməti dövrü həbsdə oldum. Birinci dəfə İran şahı dövrü, o zaman universitetdə tələb idim və yoxsul insanların fotolarını çəkib göstərirdim. Məni tutdular və üç il həbsdə qaldım. 22 yaşından 25 yaşına qədər həbs oldum. Üç il həbsdə olub çıxdım və bir il sonra İranda inqilab oldu”-deyə Rza Diqqəti bildirib. 
Foto-jurnalist İranda islam respublikasının qurulduğu dövr artıq professional səviyyədə xarici qəzetlər və jurnallarla əməkdaşlıq etdiyini, ölkədə baş verən hadisələri dünyaya göstərməyə başladığını deyib. O, İranda etnik azlıqlara qarşı ayrı-seçkilik və onlara qarşı zorakılıqları nümayiş etdirən fotolarına görə yeni dinçi hökumət tərəfindən təqib olunduğunu və 1981-ci ildə İranı tərk etməli olduğunu bildirib.
Rza Diqqəti o zamandan bəri İrana qayıda bilməyib. Bunun nə zaman baş verə biləcəyi sualının cavabında o, İranda hazırkı rejiminin mövcud olduğu müddətdə ölkəyə qayıtmasını mümkün saymadığını deyib.
“Ruhaninin vəzifəyə gəlməsindən sonra ölkədə Mahmud Əhmədinejad dövründən daha çox insan öldürülüb. Jurnalistlər, insan haqları müdafiəçiləri öldürülüb, həbsə salınıb”-deyə Rza Diqqəti bildirib. 
Tanınmış foto-jurnalist Urmiya gölündə yaranmış  ekoloji vəziyyətlə bağlı dəfələrlə narahatlığını ifadə edib. Rza Diqqəti Urmiya gölündə vəziyyəti İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin bir hissəsi olduğunu qeyd edib.
“İran hökuməti etnik azlıqlar, o cümlədən azərbaycanlıların inkişafına imkan vermək, onların irəliyə getməsini istəmir”-deyə Rza Diqqəti bildirib. 
Foto jurnalist İran hökumətinin azərbaycanlılara qarşı yürütdüyü siyasətdən danışaraq, Urmiya ilə əlaqədar vəziyyəti azərbaycanlıların qarşılaşdığı çox sayda problemlərdən biri adlandırıb.
“İllərlə belə idi, şah zamanında, Xameneyi vaxtında , Xomeyninin vaxtında da azərbaycanlıları sıxışdırırdılar”-deyə Rza Diqqəti söyləyib.
Azadlıq.org
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol