Azərbaycanı “Türkvision”da o təmsil edəcək

Azərbaycanı “Türkvision” 2014 yarışmasında təmsil edəcək müğənni müəyyənləşib. Lent.az-ın məlumatına görə, noyabrda Kazanda keçiriləcək mahnı yarışmasında ölkəmizi 25 yaşlı Elvin Quliyev təmsil edəcək. O, “Atv” telekanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasının qalibi olduğu üçün Rusiyada keçirləcək tədbirə qatılmaq hüququ qazanıb. Qeyd edək ki, “Türkvision” 2014 mahnı yarışmasının yarımfinalı noyabrın 19-da, finalı isə 21-də olacaq. Azərbaycanın nümayəndə heyəti səfərə noyabrın 16-sə yola düşəcək və Kazanda bir neçə məşq baş tutacaq. E.Quliyevin yarışmada ifa edəcəyi mahnı da artıq hazır olmaq üzrədir. "Divlərin yalqızlığı" adlanan mahnının bəstəkarı Elza Seyidcahan, sözləri müəllifi Ayşə xanımdır. Arenjeman işini isə Yaşar Baxış görüb. Qeyd edək ki, mahnı yarışmasında 25-ə yaxın ölkənin təmsilçiləri qatılacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















