Məşhur Hollivud aktyoru İslamın müdafiəsinə qalxdı

ABŞ televiziyasında yayımlanan "Real Tima With Bill Maher" komediya verilişinin sonuncu buraxılışı islamofobiyaya həsr olunub. ANN.Az xəbər verir ki, bu, qonaq olan aktyor Ben Afflekin heç də xoşuna gəlməyib.
Verilişin aparıcısı Bill Maher müsəlmanlığı "hər hansı bir mafiyanın üzvünün olması"na bənzədib. Verilişin qonağı olan publisist Sam Harris də aparıcının sözünə qüvvət verib və islam dinini cihat yaymaqda, radikallıqda günahlandırıb. Bu dialoq aktyor Ben Afflekin heç xoşuna getməyib və "bu söylədikləriniz çox çirkindir. Bu iyrəncdir, bu irqçilikdir"- deyə cavab verib.Uzun sürən mübahisədə jurnaist Nikolas Kristof da təhsil uğrunda mübarizə aparan müsəlman qızını - Məlalə Yusəfzayı nümunə göstərib. Bunun ardından Hollivud aktyoru Ben Afflek müsahibəyə son damğasını vurub. O, İraqın işğal olunmasına görə ABŞ-ı cərt tənqid edib: "Biz müsəlmanları bizi öldürdüyündən daha çox qırmışıq".ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















