Хalq artisti nəvəsinə ad günü etdi - FOTO

Dünən xalq artisti Yalçın Rzazadənin nəvəsinin ad günü olub.
Axşam.az-ın məlumatına görə, müğənni öz adını qoyduğu nəvəsinin 1 yaşını təmtəraqlı şəkildə keçirib. Məşhur restoranlarıın birində baş tutan gecədə sənət adamlarından yalnız xalq artisti Nazpəri Dostəliyeva iştirak edib. N.Dostəliyeva idarəetməsi ona həvalə olunan məclisdə sevilən mahnılarını səsləndirib. Gecədə muğam oxuyan xalq artistinin bu ifası Yalçın Rzazadəni kövrəldib. Y.Rzazadə göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, Yalçın Rzazadənin oğlu Mətin Rzazadə 27 sentyabr 2013-cü ildə evlənib.
ANS PRESS
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















