“Çölçü” filmi Beynəlxalq Festivalda

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Türkiyədə keçirilən III Beynəlxalq Van Gölü Film Festivalının müsabiqəsində iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqə proqramına Azərbaycan, Yunanıstan, İraq və Türkiyədən 11 bədii, 12 sənədli ekran əsəri daxil edilib. “Çölçü” filmi festivalın 3-cü günü - sentyabrın 26-da nümayiş olunacaq. Festivalın məqsədi kinematoqraf ideyalarının mübadiləsi və inkişafına, yeni istedadların üzə çıxmasına meydan yaratmaqdır. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















