Azərbaycanda Teatr Festivalı başladı

Sentyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi I Şəki Beynəlxalq Teatr Festivalına start verildi.ANN.Az xəbər verir ki, «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən keçirilən festivalda respublikamızın 12 sənət ocağı, habelə Kalmıkiya Milli Dram Teatrı (Rusiya) və Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı iştirak edir.Rəsmi açılış mərasimindən sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara festivalın ilk tamaşasını - İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsəri əsasında hazırlanan tamaşanı təqdim etdilər. Görkəmli dramaturqun 100 illiyinə həsr olunan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Söhrab Ərəbovdur. Rolları Rəhim Qocayev, Çinarə Səmədova, Səlim Babayev, Xanlar Həşimzadə, əməkdar artistlər Əbülfət Salahov, İqrar Salamov və başqaları ifa etdilər.Tamaşanın sonunda teatrın yaradıcı kollektivinə Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından hədiyyələr təqdim olundu.Sentyabrın 11-də, festivalın ikinci günündə Kalmıkiya Milli Dram Teatrı Boris Manciyevin «Mən aktrisayam» tamaşasını sənətsevərlərə təqdim etdi. Festival sentyabrın 19-dək davam edəcək. Tamaşalar Şəki Dövlət Dram Teatrında və şəhərdəki amfiteatrda nümayiş olunur.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















