"Ceyms Bond" Bakı xatirələrindən danışdı

Məşhur Hollivud aktyoru, Ceyms Bond obrazını yaratmış Pirs Brosnan Moskvada keçirdiyi brifinqdə Bakı ilə bağlı xatirələrini bölüşüb. APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, amerikalı aktyor Azərbaycanda çox isti qarşılandıqlarını bildirib. "Yadımdadır ki, həftənin birinci günü, səhər həyat yoldaşımla sağollaşıb, Bakıya getdim. Bu çox qeyri-adi bir təcrübə idi. Hər yerdə neft buruqlarını, neftayırma zavodlarını görürdük. Bu peyzaj bizim filmə çox uyğun idi. Bizi çox isti qarşıladılar", - deyə o vurğulayıb. Qeyd edək ki, "Rossiya Seqodnya" agentliyində Pirs Brosnanın Moskvada çəkildiyi "Noyabrın adamı" filminin təqdimat mərasimi keçirilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















