Azərbaycan kitabları Beynəlxalq Kitab Sərgisində

Azərbaycan nümayəndə heyətinin 3-7 sentyabr tarixində Rusiyanın ən böyük kitab forumu hesab olunan 27-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakı başa çatıb. ANN.Az xəbər verir ki, sərgi müddətində stendimizdə Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Fondu və ölkə nəşriyyatları tərəfindən dövlətçiliyə, tarixə, zəngin mədəniyyət və incəsənətimizə dair müxtəlif dillərdə (Azərbaycan, rus, ingilis) nəşr edilən nəfis tərtibatlı çap məhsulları - təqribən 300 adda 500 nüsxədən çox kitab və reklam nəşrləri nümayiş etdirilmişdir. Milli nəşrlər ziyarətçilərdə böyük maraq doğurmuşdur. Maraqlananlara ölkəmizin mədəniyyəti, tarixi, turizm potensialı, eləcə də "Bakı-2015" Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verilib.Sentyabrın 5-də sərgi çərçivəsində MDB ölkələrinin XI Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Belə ki, müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız I yerə ( Nigar Rəfibəyli "Məhəbbətim bölünmədi", Rəna Əfəndizadə "Rəhim Seyfullayev - memar", Tahir Salahov "Qrafika" və "Rəngkarlıq" ikicildliyi), II yerə (A.N.Karlyukeviç "Dələ inşa yazır", Neymət Kelimbetov "Ümidimi itirmək istəmədim"), bir kitab isə III yerə layiq görülüb (A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli "Muradxan xəzinəsi"). Xalq yazıçısı Elçinin həyat və yaradıcılıq yolunu əks etdirən "Nədir ömrün mənası" kitabı "Qran-Pri" nominasiyası üzrə, Xalq rəssamı Səlhab Məmmədovun "Albom"u isə "Mənim ölkəm" nominasiyasında xüsusi mükafatlara layiq görülmüşdür. Ölkəmiz adından diplomları Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu qəbul edib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















