• $
  • €
  • ₽
  • ₺
  • £

"Qızım elə bilir ki, anası Türkiyədə müalicə olunur" - Xanım Qafarovanın əri

"Qızım elə bilir ki, anası Türkiyədə müalicə olunur" - Xanım Qafarovanın əri
29.08.2014 17:14
"Ondan pislik görmədim""Mənim Xanımdan olan qızım yaşda nəvələrim var. Xanım Qafarova ikinci həyat yoldaşım olub. Yalan danışmaq istəmirəm, biz dini kəbinlə evlənmişik". Bunu Lent.az-a mərhum əməkdar artist, Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarovanın həyat yoldaşı Aqil Gülmalıyev deyib.A. Gülmalıyev əvvəl müsahibə verməyə razılaşmasa da, daha sonra şəkilinin çəkilməməsi şərtilə danışmağa razı olub. O bildirib ki, ilk və son dəfə danışıb, bəzi şayiələrə aydınlıq gətirmək istəyir: "Xanımla tanışlığım çox xoş oldu. Səmimi və sadə qız idi. Bir-birimizi tanıdıqdan sonra 2006-cı il avqustun 20-də ailə həyatı qurmağa qərar verdik. Dediyim kimi, kəbin kəsdirdik, xoş günlərimiz oldu, amma o günlərimiz elə də çox çəkmədi. Tanrının alın yazısı idi, bu həyatdır. Daim ondan razı olmuşam. Pis münasibətim olsa idi, qohumları məni yas yerinə qoymazdılar".A. Gülmalıyev deyib ki, Xanım Qafarova onun ikinci həyat yoldaşı olub: "İki dəfə evlənmişəm. Mənim 4 övladım, 6 nəvəm var. Oğlum, qızım ali təhsillidir. Biz Xanımla ayrılmamışdıq. İstəsəniz, onun anasından indi də soruşa bilərsiniz. Sadəcə, onun xəstəliyinə və ev şəraitinə görə bir yerdə yaşaya bilmirdik. Evim Mehdiabad qəsəbəsindədir, Xanım orda yaşamaq istəmədi. Çünki işlədiyi Musiqili Komediya Teatrından uzaqda idi. Bəzən elə olurdu ki, gündə üç dəfə işə gedib-gələsi olurdu. Aldığı maaşda elə yüksək deyildi ki, taksiyə versin. Ona görə qərara gəldik ki, işinə yaxın yerdə yaşasın. Qismətdə elə gətirdi ki, "Kubuinka"da balaca, şəraitsiz evdə yaşayası oldu, amma mənsiz".A. Gülmalıyev deyib ki, həmin evdə yaşamaq istəməyib: " Mən o evdə yaşaya bilməzdim. Xanıma bir gün təklif elədim ki, gəl kirayə ev tutaq, bir yerdə qalaq, amma razı olmadı. Hətta bu təklifi o, xəstə olanda da etmişdim. Etiraf edirəm, mən öz evimi qoyub, o balaca evdə bir gün də yaşamaram. Ayrı yaşamağımıza da səbəb bu oldu. O, mənimlə bir yerdə qalmaq istəmədi".X. Qafarovanın həyat yoldaşı indi işsizdir: "Vaxtilə yaxşı vəzifələrdə işləmişəm, imkanım olub. İndi yaşla əlaqədar olaraq işsizəm. İyirmi ilə yaxın restoranda işləmişəm. Bundan əlavə əlillər, qocalar evində direktor müavini olmuşam, sonra özüm işdən çıxmışam".A. Gülmalıyev X. Qafarova haqqında səmimi sözlər deyir: "Çox səmimi insan idi, ondan pislik görmədim. Yalnız sənəti ilə məşğul idi, belə deyək, sənətinin fədaisi idi. Amma Tanrının yazdığı ömür qısa oldu".Həyat yoldaşının dediyinə görə, Xanım Qafarova ilə nikahından olan qızı ana nənəsi ilə qalır: "O, özü belə vəsiyyət eləyib. Heç vaxt istəmərəm ki, uşağı nənəsindən ayıram, nənəsi gözü yaşlı qalsın. Çünki qızım ana qayğısından çox, nənə nəvazişi görüb. Övladım bir həftə bizdə, 3-4 gün isə nənəsinin yanında qalır".A. Gülmalıyev bildirib ki, X. Qafarova ilə dünyasını dəyişməmişdən 4-5 gün əvvəl görüşüb: "Getmişdim yanına. Məndən bircə xahişi o oldu ki, uşağa yaxşı baxım, amma nənəsindən ayırıb, çəkindirməyim". Mən də ona söz verdim ki, heç vaxt ayırmayacağam".Atasının dediyinə görə, qızları Gövhər hələ də anasının ölümündən xəbərsizdir: " Gövhər anasının ölümündən xəbərsizdir. Dua edir, deyir, razıyam 5 il anamı görməyim, amma o sağ-salamat müalicədən qayıtsın. Elə bilir ki, Xanım hələ də Türkiyədə müalicə olunur".ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol