Yazıçılar Birliyinin bölmə sədri vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin bölmə sədri vəfat edib. ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza şəxsi Facebook səhifəsində yayıb. Xəbərdə deyilir ki, AYB Gəncə bölməsinin sədri, şair Məmməd Alim dünyasını dəyişib.Qeyd edək ki, Məmməd Alim Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatıdır. Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırmış.Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan "Ürəyimin şəkli" 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında "Yuva qurdum söz içində. Məmməd Alim" adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.Allah rəhmət eləsin!
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















