Keçmiş HOST-çunun "Dəyişir həyat"ı - VİDEO

Son vaxtlar aktivliyi ilə seçilən tanınmış reper Orxan Zeynallı, bu dəfə də dinləyicilərini xoş xəbərlərlə sevindirib.Gün.Az xəbər verir ki, bir vaxtlar məşhur HOST qrupunun solisti olan AiD ləqəbli Orxan Zeynallı hazırda “Dəyişir həyat” adlı canlı konsertə hazırlaşır.Konsertin təşkilatçılarından biri olan tanınmış təşkilatçı Aqil Məmiyevin verdiyi məlumata görə, 2 həftədir satışa çıxarılmış biletlər artıq bitmək üzrədir. Qeyd edək ki, konsert canlı alətlərin müşayiəti ilə baş tutacaq.Bu gecə isə gənc ifaçı eyni adlı yeni mahnısını kliplə birgə sevənlərinə təqdim etdi. Qısa zamanda kifayət qədər baxış sayı toplayan mahnı görünür ki, payızın ilk aylarının hitinə çevriləcək.
Orxan Zeynallının yeni klipini sizlərə təqdim edirik:
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















