Rusiyadan "Eurovision" müharibəsinə başladı

Rusiya Avropa arasında gərginlik məhşur musiqi yarışması olan "Eurovision"na da sıçradı. ANS PRESS-in məlumatına görə, may ayında Danimarka keçirilən yarışa saqqalları və qadın geyimi ilə damğa vuran avstryalı müğənni Konçita Vürstün qələbə qazanması da Rusiyada ictimaiyyətin sərt reaksiyasına səbəb olmuşdu.Bundan sonra rusiyalı rəsmilər soyuq müharibə dövründən qalma "İntervision" müsabiqəsini yenidən gündəmə gətiriblər. Yarışmanın bu ilin oktyabr ayında Soçidə keçirilməsi planlaşdırılır. Müsabiqəyə keçmiş sovet ölkələri, MDB və Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlər qatıla biləcək.İndiyə kimi Çinin də daxil olduğu 6 ölkə müsabiqədə iştirak edəcəyini təsdiqləyib.
Qeyd edək ki, 1961-ci ildən Polşanın şimalındakı Sopot şəhərində keçirilən "Sopot" mahnı müsabiqəsi soyuq müharibə dövründə "Eurovision"a alternativ olmaq üçün "Intervision" adı ilə keçirildi. Burada "Eurovision"dan fərqli olaraq hər il şəhərlər dəyişmir. Yarış 1977-1980-ci illərdə keçirilib. Lakin 1956-cı ildən bəri keçirilən "Eurovision" qədər populyarlıq qazana bilməyib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















