ODA Teatrına polis gəldi

Dünən ODA Teatrının rəhbəri Elmin Bədəlov onlara edilən hücumla bağlı Daxili İşlər naziri Ramil Usubovdan görüş istəmişdi.Elmin Bədəlovun 1937.az-a verdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən ona zəng olunub: “Hadisə barədə məndən ətraflı məlumat aldılar, ünvanı soruşdular. Yenidən əlaqə yaradacaqlarını dedilər. Həmçinin, növbəti tamaşanın vaxtını soruşdular. Mən də tamaşa günləri teatrın mühafizə olunması barədə addım atılmasını xahiş etdim”.Hazırda isə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ODA Teatrında hadisə ilə bağlı araşdırma aparırlar.Qeyd edək ki, teatra hücum 16 avqust saat 19:00-da “Suicide” (“İntihar”) tamaşasının nümayişi zamanı olub. Bir neçə gənc tamaşaçıların şortik geyinməsini bəhanə edərək qalmaqal yaradıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















