Cavidin “Peyğəmbər”i fars dilində

Hüseyn Cavidin “Peyğəmbər” əsəri fars dilinə tərcümə edilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, kitabın tərcüməçisi tədqiqatçı-şair Əkbər Həmidi Əlyardır. Kitab AMEA Hüseyn Cavidin Ev Muzeyinə hədiyyə edilib. Muzeyin direktoru Gülbəniz Babaxanlı bildirib ki, Əkbər Əlyar fars dilini və Azərbaycan türkcəsini mükəmməl bilir: “Fəlsəfi düşüncəsi onu deməyə əsas verir ki, o, “Peyğəmbər”i məhz Cavidin çatdırmaq istədiyi gözəllikdə fars dilli oxuculara təqdim etmək iqtidarındadır. Əkbər Əlyarın sözlərinə görə, yaxın dövrlərdə Hüseyn Cavidin əsərlərinin külliyyatını fars dilinə tərcümə edəcək. Bu, H.Cavidi İranda geniş oxucu kütləsinə tanıtmaqla yanaşı, bir çox tədqiqatçılara onun əsərlərini araşdırmaq imkanı verəcək”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















