Rejissor Rövşən Almuradlı xəstəxanaya yerləşdirildi

Rejissor Rövşən Almuradlı kəskin ürək ağrıları ilə Sumqayıtdakı 2 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Rejissorun oğlu K. Almuradlının APA-ya verdiyi məlumata görə, rejissorun vəziyyəti hələlik ağır-stabil olaraq qiymətləndirilir: “Dünən ürəyində qəfil kəskin ağrılar yaranıb. Həkimlər məsləhət görüblər ki, xəstəxanada müalicə alsın. Çünki hər an infarkta çevrilə bilər, ona görə intensiv müalicə almalıdır. Xəstəliyi hazırda ağır işemiya kimi qiymətləndirilir”. Oğlu əlavə edib ki, R. Almuradlı ilkin mərhələdə xəstəxanada bir həftə müalicə almalıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















