Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq

Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək. Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Mədəniyyət və Turizm Nazirliyinin və Los-Ancelesdəki Baş Konsulluğun dəstəyi ilə təşkil olunur. Qeyd edək ki, Q. Qarayevin 1952-ci ildə Nizami Gəncəvinin eyni adlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində tamaşaya qoyulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















