Azərbaycan “Eurovision”a qatılmaya bilər

Bu il Avstriyada keçiriləcək “Eurovision 2015” Mahnı Müsabiqəsində 18 ölkənin iştirak edəcəyi dəqiqləşib. İki ölkənin isə bu il yarışmadan imtina etdiyini bildirilir.Sonuncu yarışmada transseksual müğənni Konçita Vürst qalib gələndən sonra Azərbaycanın bu il “Eurovision”da iştirak etməyəcəyinə dair fikirlər gəzib-dolanır. Rəsmi şəkildə Azərbaycanın müsabiqədə iştirak edib-etməyəcəyi açıqlanmasa da yayılan informasiyalar ölkəmizin “Eurovision”a qatılmayacağından xəbər verir.Həqiqətənmi ölkəmiz bu il müsabiqəyə qatılmayacaq? AzVision.az bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə əlaqə saxlayıb. Şirkətin sözçüsü Akif Cabbarlı saytımıza bildirib ki, Azərbaycanın gələn il “Eurovision” Mahnı Müsabiqəsində iştirak etməsi barədə İTV-də heç bir məlumat yoxdur: "Bizim bu barədə məlumatımız yoxdur. Çünki bizə aid olan bir məsələ deyil, biz yalnız müsabiqəni tv-də işıqlandırırıq".Diqqətə çatdıraq ki, ölkənin müsabiqədə iştirak-edib etməməsini həmin ölkənin İctimai Televiziyası təsdiq edir. A.Cabbarlının bu açıqlaması isə bir qədər təəccüb doğurur.Məlumat üçün bildirək ki, müsabiqədə iştirak etməyən istəyən ölkələr sentyabrın 15-ə qədər öz iştirakını təsdiq etməlidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















