Seymur Baycanı sərhəddə saxlayıblar

Tanınmış yazar Seymur Baycan Qırmızı körpü (Sınıq körpü) sərhəd-keçid məntəqəsindən Azərbaycan-Gürcüstan sərhədini keçərkən saxlanılıb. Bu barədə "Qafqazinfo"ya yazıçının özü məlumat verib. Dediyinə görə, bu səhər gömrük əməkdaşları onu saxlayaraq bir saat sorgu-sual ediblər: "Mənimlə kobud davrandılar. İzah edə bilmədim ki, onların əyinlərində forma var və belə danışa bilməzlər. Kitablarımı yoxladılar və haralarasa zəng edəndən sonra sərbəst buraxıldım. İndi tədbirə gedirəm. Qayıdıb gələndən sonra bu işin üstünə düşəcəm". Seymur Baycan sorğu-sualdan sonra sərbəst buraxıldığını və sərhədi keçdiyini deyib. Lakin yazıçı Gürcüstana hansı tədbirdə işitrak etmək üçün getdiyini açıqlamaq istəməyib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















