Bakıda endirimli kitab yarmarkası başladı

"Qanun" nəşriyyatı bu gün endirimli kitab yarmarkasına başlayıb. Yarmarka iyulun 29-a qədər davam edəcək.Yarmarka iki ünvanda – HÜSEYN CAVİD və ZABİTLƏR parklarında baş tutacaq.Yarmarkalarda 500 addan çox, 10 minə yaxın kitab sərgilənəcək, kitab kataloqları paylanılacaq.Saat 09:00-dan 21:00-a dək davam edən yarmarkada ən müxtəlif kitablar – dünya klassik ədəbiyyatı, müasir dövrün tanınmış yazıçılarının, biznes və özünüinkişafa aid, uşaq ədəbiyyatı- nağıllar, ensiklopediyalar, boyamalar, eləcə də Azərbaycan yazarlarının kitabları sərgilənəcək.Bakı şəhər İcra hakimiyyətinin razılığı ilə keçiriləcək yarmarka yeni kitabları tanıtmaq, insanları kitaba cəlb etmək, oxucularla kitab mədəniyyəti arasında körpü yaratmağı hədəfləyir. Kult.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















