• $
  • €
  • ₽
  • ₺
  • £

Aktrisa yalvardı: “Qoymayın ölüm”

Aktrisa yalvardı: “Qoymayın ölüm”
18.07.2014 15:11
Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb. Bir neçə xəstəlikdən əziyyət çəkən aktrisaya təcili olaraq böyrək köçürülməsə, sevimli sənətkarımızı itirə bilərik.
Publika.az-a müsahibə verən aktrisa göz yaşları içərisində yardım istədi.
- Gülnar xanım, bizi yaman qorxutdunuz,  nə olub, necəsiniz?
- Çox pisəm, ay qızım. Böyrəklərim sıradan çıxıb, həftədə iki dəfə dializə qoşuluram. Xəstəxanaya güclə aparırlar məni. Dializə qoşanda da, inanın ki, halım pisləşir, ürəyim gedir. İynə vurub güclə özümə gətirirlər. Ölmək istəmirəm, teatrda fəaliyyətimi davam etdirmək istəyirəm, o qədər tamaşalarım qalıb ki. Hamısı məni gözləyir. Mən iki böyrək istəmirəm, birini tapıb dəyişsinlər. Yoxsa ki, ömrümə çox az qalıb. Xanımdan sonra növbə mənimdir, qoymayın ölməyə.
- Bəs nə əcəb sizi xəstəxanaya yerləşdirmirlər?
- Daha hər şeydən keçib,  xəstəxanada yatdım-yatmadım, böyrək dəyişilməlidir. Başqa çarə yoxdur. Bayaq halım dəyişdi, təcili yardım gəldi. İynə vurdular, özümə gəldim. Mən dövlətimdən kömək istəyirəm, deyəsən, aktyor yoldaşlarım müraciət ediblər. İnanıram ki, Mehriban xanım mənə yardım edəcək. Yerimdən dura bilmirəm.
 
- Bəs sizə kim baxır?
- Qohumlarım.
- Oğlunuz, gəlininiz haradadır, onlar niyə sizi belə vəziyyətdə tək qoyublar?
- Oğlum kasıb uşaqdır, Zaqatalada yaşayır. Uşağını qoyub necə gəlsin.
- Bəs kimlər yanınıza gəlib-gedir?
 
- Sağ olsunlar teatrımızın aktyorları, aktrisalar məni tək qoymur. Elə bayaq da gəlmişdilər yanıma.
 
- Gülnar xanım öz maddi imkanınız, yəqin ki, böyrək almağa imkan vermir?
- Yox, maaşa baxan adamam. Oğlumun da qazancı ailəsinə güclə çatır. Mən 270 manatla necə özümə böyrək ala bilərəm. Çox çətin durumdayam. Mən qürurlu qadınam, amma görün nə vəziyyət yaranıb ki, ağız açıram.
- Mədəniyyət və Turizm Nazirliyindən maraqlanan, kömək edən varmı?
- Bir dəfə də olsun, maraqlanmayıblar. Allahın bir telefon zəngini də etməyiblər. Əvəzində prezident təqaüdümü də kəsiblər. Yaxşı ki, siz jurnalistlər varsınız, yoxsa elə bir onda eşidərlər ki, ölmüşük.
- Bəs digər xəstəliyinizlə bağlı narahatlıq yaşamırsınız ki?
- Onkoloji xəstəliyimlə bağlı problemim yoxdur. Həkim mənə bir dərman verdi, hələ ki, yaxşıyam. Dərdim böyrəklə bağlıdır. Böyrəklərim ikisi də sıradan çıxıb.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol