Tanınmış aktrisamız ölümcül vəziyyətdə - FOTOLAR

Dövlət Musiqili Teatrının tanınmış aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhəti ağırlaşıb. Bu barədə AzNews.az-a gənc teatrşünas Əjdər Dadaşov məlumat verib. Onun sözlərinə görə, G. Salmanova eyni zamanda bir neçə xəstəlikdən əziyyət çəkir: “Onun vəziyyəti getdikcə pisləşir. Həm şəkər xəstəsidir, həm böyrək çatışmazlığından əziyyət çəkir. Vəziyyəti çox pisdir, hətta deyərdim ki, ölümcüldür. Çox güman ki, yaxın günlərdə bir neçə aktyorun imzasıyla Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edəcəyik.
Təsəvvür edin ki, həkimlər bu adama sistem köçürmək istəyirlər, amma damarını tapa bilmirlər deyə məcburən qolunu kəsirlər. Hər ay ən azı min manat xərci çıxır. Neçə vaxtdır “Prezident təqaüdü”nün verilməsini də dayandırıblar, vəziyyət lap pisləşib. Heç olmasa dərmanlarının pulunu ödəyirdi”
Qeyd edək ki, dünən aktrisanın sənət yoldaşları Naibə Allahverdiyeva, Telli Hüseynova, Rəsmiyyə Nurməmmədova, Elmira İdayətova və Əjdər Dadaşov ona baş çəkiblər.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















