Üç xalq şairinin səhhəti necədir?

Azərbaycanın üç xalq şairi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Onların sorağı sonuncu dəfə Azərbaycan Yazıçılar Birliyinin qurultayında gəlib. Xalq şairləri Vaqif Səmədoğlu, Zəlimxan Yaqub və Söhrab Tahir səhhətlərindəki problemlərə baxmayaraq, bu tədbirdə iştirak ediblər. Modern.az hər üç xalq şairinin səhhəti ilə bağlı ən son məlumatları öyrənməyə çalışıb:
Mədə xərçəngindən əziyyət çəkən Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova Modern.az-a açıqlamasında xalq şairinin durumunun əvvəlki qaydada olduğunu qeyd edib: “Vaqif müəllim Bakıda müalicə alır. Həftədə bir dəfə klinikaların birində müayinədən keçir. Səhhəti əvvəlki durumdadır”.
Qeyd edək ki, Vaqif Səmədoğlu müalicəsi ilə bağlı mütəmadi olaraq İsrailə də gedir.
Böyrək çatışmazlığından əziyyət çəkən və bu üzdən vaxtaşırı Almaniyada müayinədən keçən xalq şairi Zəlimxan Yaqubun səhhətində də ciddi dönüş yoxdur. Özü və ailəsi ilə əlaqə saxlaya bilməsək də, xalq şairinin ötən ayın əvvəllərində Almaniyadan sonuncu müayinədən qayıtmasını qeyd edə bilərik. Almaniyadan qayıdan xalq şairi əməliyyat olunmayacağını qeyd etmişdi.
Qocaman xalq şairi Söhrab Tahirin səhhətində isə müsbət istiqamətdə dəyişiklik var. Şəkərli diabetdən əziyyət çəkən 87 yaşlı şair Modern.az-a açıqlamasında artıq tamamilə sərbəst hərəkət etdiyini, yaraların bitişdiyini qeyd edib. Xatırladaq ki, Söhrab Tahir yaşının bu vədəsində Azərbaycan Yazıçılar Birliyinin katibi olduğu Cənubi Azərbaycan Komissiyasının müzakirəsinə də qatılıb.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















