Habil Əliyevdən son xəbər: “Müsahibə verməyə qüvvəsi yoxdur”

“Şükür Allaha ki, vəziyyəti get-gedə yaxşılaşır. Belə getsə, əvvəlki vəziyyətini bərpa edə biləcək. Hələ ki, müsahibə verməyə fiziki qüvvəsi yoxdur”.
Bunu Modern. az saytına açıqlamasında bir müddət əvvəl səhhətində problem yaranan xalq artisti, məşhur kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib. Onun sözlərinə görə sənətkarı bir çox adam ziyarət etmək istəsə də, ailəsi xalq artistinin çox yorulmaması üçün çox zaman buna imkan yaratmır.
“Çox adam gəlmək istəyir. Amma xəstə də yorulur. Ona görə də biz özümüz hələ ki, çox icazə vermirik. Zəng edənlər daha çoxdur. Deputat Aydın Mirzəzadə və Oqtay Əsədovun müavini də zəng edib Habil müəllimin səhhətini xəbər alıblar”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















