Xanım Qafarova İsrailə göndərilir

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bu barədə məlumatı ANS PRESS-ə aktrisa özü verib. X.Qafarova açıqlamasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini deyib:“Dünən axşam fondan zəng vurdular. Dedilər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım bütün müalicə xərclərimi ödəyəcək və məni İsrailə göndərəcək. İyulun 12-də İsrailə gedəcəm”.X. Qafarova səhhəti barəsində də məlumat verib. O, vəziyyətinin yaxşı olmadığını bildirib: Aktrisanın sözlərinə görə, zəng gələn kimi halı bir yaxşılaşıb, özünə gəlib. "Mehriban Əliyevaya təşəkkür edirəm. Çox sevinirəm. Allah Mehriban xanımın canını sağ eləsin, onun qarşısında baş əyirəm. Mənimlə maraqlanan və dua edənlərin hər birinə təşəkkür edirəm”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















