Tanınmış azərbaycanlı aktyor vəfat edib

Azərbaycanın tanınmış səhnə ustası, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Eynəli Bilal oğlu Nurullayev qısa müddətli xəstəlikdən sonra iyulun 9-da günorta saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasıya şöbəsində 67 yaşında vəfat edib.APA-nın cənub bürosunun məlumatına görə, aktyor bu gün doğulduğu Darquba kəndində dəfn olunub. E.Nurullayev 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1969-73-cü illərdə Hüseyn Ərəblinski adına Lənkəran rayon xalq teatrının rejissoru vəzifəsində işləyib. 1973-cü ildən ömrünün sonuna kimi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb. 100-dən çox obraza səhnə həyatı bəxş edən və rejissor kimi 10-a yaxın əsərə quruluş verən E.Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə 1979-ci ildə Respublika Ali Sovetinin Fəxri Fərmanı, 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, bir sıra nüfuzlu sənət festivallarında diplomlara layiq görülüb. Allah rəhmət eləsin!ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















