"Azdrama"da mövsüm başa çatır

Bu gün Akademik Milli Dram Teatrında mövsümün son tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A.Saqarelinin eyniadlı əsəri əsasında hazırlanmış "Xanuma" tamaşası ilə teatr mövsüm başa çatacaq. Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərində xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timoti), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Qoca Knyaz), Elnar Qarayev, Elçin Əhmədov, Vüsal Mustafayev, Əlləz Əhmədov (Kintolar) çıxış edirlər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















