Azərbaycanlı rəssam Suriyada qızıl medala layiq görüldü

2014-cü ilin iyun ayında Suriyada ənənəvi təşkil olunan IX Beynəlxalq Karikatura Müsabiqəsinə yekun vurulub.Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya verilən məlumata görə, “Dünya səhnədir” mövzusunda keçirilən müsabiqənin münsiflər heyətinə Fransa, Rumıniya, İran, Mərakeş və Xorvatiyadan tanınmış karikaturaçılar dəvət olunublar. Müsabiqəyə dünyanın müxtəlif ölkələrindən yüzlərlə rəssam qatılıb. Azərbaycanlı karikaturaçı rəssam Bayram Hacızadə müsabiqənin qızıl medalına layiq görülüb. Bu, rəssamın beynəlxalq müsabiqələrdə qazandığı beşinci qızıl medaldır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















