Kinosevərlərə ŞAD XƏBƏR

Bakıda Yaponiyanın Azərbaycandakı səfirliyinin və “28 Cinema” kinoteatrının birgə təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə Yaponiya filmləri festivalı başlayır.Bu münasibətlə ötən gün “28 Cinema” kinoteatrında mətbuat konfransı keçirilib.Konfransda Yaponiyanın Azərbaycandakı səfirliyinin, “28 Cinema” kinoteatrının və “JTİ” şirkətinin nümayəndələri iştirak ediblər.Bildirilib ki, iyunun 20-dən 23-dək davam edəcək festival “28 Cinema” kinoteatrında keçiriləcəkdir. Budəfəki festival əvvəlkilərə nisbətən proqramının zənginliyi ilə seçilir.Yapon dilində nümayiş olunacaq filmlər rus dilində alt yazı ilə təqdim ediləcəkdir.Festivalın davam edəcəyi dörd gün ərzində saat 13:00-da və 19:30-da “Hankyu qatarı”, “Xəttat qızlar”, “16 yaşlılar üçün Buşido”, “Məndən sənə”, “Xoşbəxt uçuş” filmləri nümayiş olunacaqdır.Festival çərçivəsində göstəriləcək filmlərə giriş sərbəstdir.Mətbuat konfransından sonra festivalın rəsmi açılış mərasimi keçirilib. İştirakçılar yapon mətbəxinin nümunələrindən dadıblar.//Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















