• $
  • €
  • ₽
  • ₺
  • £

Oljas Süleymenov: “İnternet kitab oxumağa mane olur”

Oljas Süleymenov: “İnternet kitab oxumağa mane olur”
17.06.2014 19:06
 "Bizim yazıçıların Avropaya çıxmasında problemlər, maneələr çoxdur. Amma sizə deyim ki, sizdə olan maneələr elə Rusiyada da, Qazaxıstanda da var. Əvvəl dövlət ədəbiyyata dəstək verirdi. İndi dövlət deyir ki, söz azadlığıdır, ədəbiyyatla özünüz qazanın. Yəni ədəbiyyat artıq bazara çıxıb, əmtəəyə çevrilib. Amma təəssüf ki, gəlir azdır".APA-nın xəbərinə görə, bunu Kulis.az-a müsahibəsində tanınmış qazax yazıçısı Oljas Süleymenov deyib. Yazıçı gənclərin oxumamasından da şikayətlənib: "Gənclər oxumurlar. Əvvəllər dövlət oxumağa məcbur edirdi. Bizim ölkə dünyada ən çox kitab oxunan ölkə idi. Bu da elmin inkişafına, təhsilə dəstək verirdi. İndi internet oxumağa mane olur". O.Süleymenov ötən əsrin 60-70-ci illərində kitabın yüz minlərlə tirajla nəşr olunduğunu xatırladıb: "Qonorar çox idi, stimul var idi. İndi qonorar verilmir, ya da az verilir. Pulu başqa yolla qazanmağa məcbur olurlar, ona görə də az yazırlar. Məncə, indi dövlətlər, xüsusilə də Azərbaycan ədəbiyyata diqqət göstərməyə başlayıb. İki-üç ildən sonra biz kitabların yayım sistemini quracağıq. Onda yazmağa da maraq yaranacaq. Çünki qonorar olacaq. Onda yaradıcılığa maraq olacaq və əsl oxucu da yetişəcək". Yazıçı hesab edir ki, türkdilli dövlətlərdə ədəbi əlaqələri yalnız ədəbiyyatın köməyi ilə inkişaf etdirmək olar: "Ədəbiyyatı gücləndirsək, tərcüməyə də, əlaqələrə də maraq olacaq". O.Süleymenov "Gənc yazıçıları oxuyursunuzmu?" - sualına belə cavab verib: "Mənim indi kimisə oxumağa vaxtım yoxdur. Azacıq boş vaxtım olan kimi onu yazmağa xərcləyirəm". Yazıçı ədəbiyyatda açıq-saçıq mövzulara yer verilməsinə normal yanaşdığını da bildirib: "Hər şeyi yoxlamaq olar. Təki, o, ədəbiyyata ziyan verməsin. Mən bu yaxınlarda qəzetdə Eduard Limonov adlı rus yazıçısının müsahibəsini oxudum. Ondan soruşurlar ki, sizin Puşkinə münasibətiniz necədir? Deyir ki, belə, tənbəl adam olub, cəfəngiyyat yazıb, 37 yaşına kimi də Ərəbistandan başqa heç yerə getməyib, Amerikaya da getməyib". O.Süleymenov  bildirib ki, gənclər klassikanı mütləq oxumalıdır: "Onlar ədəbi zövqlərini formalaşdırmalıdır. Klassik əsərlər bunun üçündür. Azərbaycanda, Rusiyada, dünyada klassik əsərləri mütləq oxumaq lazımdır. Mən söhbətimi bir əhvalatla bitirmək istəyirəm. Bir böyük riyaziyyatçı olub, deyəsən, familiyası Moiseyeviçdir. Ondan soruşublar ki, uşaqların fizika və riyaziyyatı yaxşı mənimsəməsi üçün nə etmək lazımdır? O deyib ki, yalnız bir yol var: ədəbiyyat dərslərinin sayını artırmaq! Sual verənlər təəccüblənəndə məşhur riyaziyyatçı deyib ki, təəccüblənmək lazım deyil, ədəbiyyat beyini genişləndirir, onun imkanlarını açır. Ədəbiyyat oxuyan adama riyaziyyatı, fizikanı öyrənmək daha asan olacaq".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Mədəniyyət 16:06
Sədr: Turistlər Azərbaycan muzeylərinin qarşısında növbəyə dayanmalıdır
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Mədəniyyət 12:37
Mədəni irsin qorunması Azərbaycana əlavə gəlir gətirə bilər - təklif
Aktyor Aslan Fətullayev vəfat edib
Mədəniyyət 16:00
Aktyor Aslan Fətullayev vəfat edib
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mədəniyyət 10:23
Call It qrupu ilk solo konsert proqramı ilə səhnəyə çıxacaq
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət 22:35
Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol