İbrahim Tatlısəs ölümlə təhdid edildi

Məşhur müğənni İbrahim Tatlısəsin ölümlə təhdid edildiyi barədə məlumat yayılıb.
2011-ci ildə Abdullah Uçmak tərəfindən silahlı hücuma məruz qalmış məşhur sənətçi İbrahim Tatlısəs yenidən ölümlə təhdid edilir. Sosial media üzərindən yağdırılan təhdid Abdullah Uçmaq adı ilə edilir. Odur ki, İbrahim Tatlısəs prokurorluğa müraciət edib. Onun şikayətində belə qeyd edilir: "Abdullah Uçmak tərəfindən öldürülməyə çalışıldığım hamıya məlumdur. Onun adı ilə sosial mediada təhdid edilirəm".
Şikayətdən sonra prokurorluq əməkdaşları Tatlısəsin təhdid edildiyi sosial media hesablarını araşdırıb. Araşdırmalardan sonra prokurorluq mesajlarda hansısa təhdid xarakterli fikirlərin yer almadığı barədə qərar verib.
Qeyd edək ki, 14 mart 2011-ci ildə İbrahim Tatlısəs "İbo şou" proqramından sonra binadan çıxarkən silahlı hücuma məruz qalmışdı. Güllə Tatlısəsin başından dəymiş və ağır xəsarət yetirmişdi. Müğənninin köməkçisi və sürücüsü isə hadisə yerindən sağ qurtula bilmişdi. İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Abdullah Uçmak və digər 12 təqsirləndiriln şəxs 3 ildən 36 il arasında azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər