Rafiq Hüseynov sevindirdi

"Özümü yaxşı hiss edirəm"“Müalicəm davam edir. Son dəfə kimya terapiyanı Türkiyədə almışam. Hazırda özümü yaxşı hiss edirəm". Səhhəti ilə bağlı APA TV-yə məlumat verən məşhur diktor, xalq artisti Rafiq Hüseynov deyib ki, səhhətində ümumi zəiflik var. Bu isə uzun sürən müalicənin nəticəsidir: "Baxdılar, müayinə elədilər, "hər şey qaydasındadır" dedilər. Cəmi 4 kimya-terapiya almışam. Təşəkkür edirəm, tez-tez məni yada salırsınız". Rafiq Hüseynov deyir ki, müalicəsini davam etdirmək üçün 3 aydan sonra yenidən Türkiyəyə getməsi gözlənilir. Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər




















