Koronavirusun qurbanı olan sənətkarlar... - VİDEO

2019-cu ildə Çində peyda olan və bütün dünyada sürətlə yayılmağa başlayan koronavirus (COVID-19) təhlükəsi bu günədək davam edir.
"Qafqazinfo” xəbər verir ki, virusdan dünyada 3 milyon 134 min 303 nəfər, Azərbaycanda 4 min 429 nəfər həyatını itirib.
Ölkəmizdə ilk dəfə ötən ilin fevralında qeydə alınan "COVID-19”dan dünyasını dəyişənlər arasında mədəniyyət üzvləri, incəsənət xadimləri, yazar da var. Belə ki, 1939-cu il təvllüdlü Xalq artisti Teymur Mustafayev virusdan həyatını itirən ilk mədəniyyət üzvlərindən biridir. Məşhur xanəndə ötən ilin iyun ayında virusun qurbanı olub.
AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev də "COVID-19”a yoluxanlar məşhurlardandır. O, 2020-ci ilin iyul ayında koronavirusla mübarizədə məğlum olaraq vəfat edib.
Ötən ilin sonunda Xalq artisti Sabir Əliyev virusa yoluxaraq xəstəxanaya aparılmış, reanimasiyaya yerləşdirilmişdi. 72 yaşlı muğam ustadı qısa müddət sonra "COVID-19”dan həyatını itirmişdi.
2021-ci ildə mədəniyyət sahəsində koronavirusdan dünyasını dəyişən ilk şəxs Dövlət Akademik Opera və Balet Teatrının keçmiş solisti, Əməkdar artist İsmayıl Ələkbərov olub. 1939-cu il təvəllüdlü Əkbərov virusun qurbanı olub.
"COVID-19”la mübarizədə məğlub olan digər tanınmış şəxs yazıçı Azər Abdulla (Əhmədbəyli) olub.
Aprelin 5-də Xalq artisti Rafiq Hüseynov da (Rəmiş) koronavirusdan dünyasını dəyişib. Ciyərlərində problem yaranan və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilən Rəmiş virusa yoluxduqdan sonra vəziyyəti ağırlaşmış, həyatını itirmişdi.
Bu ayın əvvəlində daha bir mədəniyyət üzvü koronavirusa məğlub olub. Belə ki, Əməkdar mədəniyyət işçisi Sidqi Mustafayev 73 yaşında virusdan həyatını itirib.
Bir neçə gün bundan əvvəl Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev də "COVID-19”dan həyatını itirib.
Dünən isə Əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişib. Xəstəliyi ağır şəkildə keçirən və 20 günə yaxındır xəstəxanada müalicə alan sənətçi 69 yaşında həyatını itirib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Mədəniyyət 16:50
Firəngiz Əlizadə: Gənc bəstəkarlar iş tapa bilmədikləri üçün yanıma gəlib ağlayırlar

Mədəniyyət 16:15
Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti

Mədəniyyət 15:49
Anar Rzayev Tərcümə Mərkəzinin büdcəsinin Yazıçılar Birliyinə qaytarılmasını istəyib

Mədəniyyət 22:34
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər